“İlkin məlumata görə, Ermənistanın raket hücumu nəticəsində Gəncədə 20-dən çox ev dağılıb” - Hikmət Hacıyev 

02:08 17.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın ikinci böyük şəhərində günahsız mülki şəxslər Ermənistanın raket hücumuna məruz qalırlar. Humanitar atəşkəsə dair məsuliyyətsiz çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, Gəncədə 20-dən çox ev dağıdılıb”.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.